Görüşdə prezidentlə tərcüməçisini səhv saldı - VİDEO

 13:58 19.06.2025     159

Böyük Britaniyanın Baş naziri Kir Starmer G7 sammitində çıxılmaz vəziyyətlə üzləşib.

Redaktor.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Starmer Cənubi Koreya Prezidenti Li Çje Myon ilə onun tərcüməçisini səhv salıb.

Belə ki, o, prezidentlə salamlaşmaq əvəzinə tərcüməçinin əlini sıxıb.

Həmin anın görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.