"Mədə balonu" əməliyyatı zamanı öldü, həkim həbs edildi

Türkiyədə 22 yaşlı Ali Can Gülün xüsusi xəstəxanada həyata keçirilən "mədə balonu" əməliyyatı zamanı həyatını itirməsi ilə bağlı əməliyyatı icra edən həkim D.E. həbs olunub.
Redaktor.az xəbər verir ki, Səhiyyə Nazirliyi Peşə Məsuliyyəti Komissiyası, Yenişehir rayonundakı xəstəxanada baş verən hadisəyə görə Mersin Respublika Baş Prokurorluğunun tələbi əsasında həkim D.E. və digər məsul şəxslər barəsində "ehtiyatsızlıqdan ölüməsəbəb olma" maddəsi ilə araşdırma icazəsi verib.
Əməliyyatda iştirak edən anesteziya mütəxəssisi S.G. və texniki işçi Y.Y.Ö. də saxlanılıb.
Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən D.E. həbs olunub, S.G.-yə ev həbsi, Y.Y.Ö. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Kənan YUSİF