Türkiyədə 15 kilo heroin ələ keçirildi

 21:44 19.06.2025     66

Antalyanın Kepez rayonunda keçirilən narkotik  əməliyyatında 15 kilo heroin aşkar edilib, saxlanılan şübhəli həbs olunub.

Redaktor.az xəbər verir ki, valiliyin verdiyi məlumata görə, Rayon Polis İdarəsinin  Narkotik Cinayətlərlə Mübarizə Bürosu əməkdaşları narkotik vasitələrin mənbəyinin qurudulması və istifadəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.

Məlumata əsasən, M.O. adlı şəxsin evində narkotik maddə saxladığı və bunu küçə satıcıları vasitəsilə bazara çıxarmaq niyyətində olduğu müəyyən edilib.

Şübhəlinin evində aparılan axtarış zamanı 15 kilo heroin, dəqiq tərəzi və müəyyən miqdarda pul aşkar edilərək götürülüb.

Saxlanılan M.O., hüquq-mühafizə orqanlarındakı prosedurlardan sonra məhkəmə qərarı ilə həbs edilib.

Kənan YUSİF