İstanbulda logistika anbarında yanğın baş VERDİ

İstanbulun Arnavutköy rayonunda yerləşən logistika anbarında yanğın baş verib. Yanğın sürətlə böyüyərək havada qara tüstü buludu yaradıb.
Redaktor.az xəbər verir ki, Hadımköy məhəlləsində yerləşən anbar naməlum səbəbdən alovlanıb və qısa müddətdə böyüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının söndürülməsi üçün müdaxilə tədbirləri davam edir.
Kənan YUSİF