Yük maşını yanaraq benzindoldurma məntəqəsinə girdi

Türkiyədə hərəkət zamanı saman yüklü yük maşınında yanğın baş verib. Yük maşınının yanar vəziyyətdə benzindoldurma məntəqəsindən keçdiyi anlar təhlükəsizlik kameralarına əks olunub.
Redaktor.az xəbər verir ki, Silvan-Diyarbəkir şossesinin Kasımlı kəndi yaxınlığında baş verən hadisədə sürücüsü və nömrəsi hələ müəyyən edilməyən yük maşınının saman yükü naməlum səbəbdən alovlanıb.
Maşın yaxınlıqdakı benzindoldurma məntəqəsinə daxil olub. Məntəqə işçilərinin xəbərdarlığı ilə sürücü maşını boş bir tarlaya sürüb.
Hadisə yerinə yanğınsöndürənlər və jandarmanın Sosial Hadisələrə Müdaxilə Maşını (TOMA) cəlb edilib. Alov, əməkdaşların və ətrafdakıların müdaxiləsi ilə söndürülüb.
Kənan YUSİF