Türkiyədə 64 ünvanda əməliyyat keçirildi - 61 nəfər saxlanıldı

 23:02 19.06.2025     101

Türkiyənin Nevşehir şəhərində narkotik maddə alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. 64 ünvanda eyni vaxtda təşkil olunan əməliyyata 285 nəfərlik polis heyəti qatılıb. Helikopter, dron və axtarış itlərinin dəstəyi ilə aparılan əməliyyat zamanı 61 nəfər şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, Nevşehir və Gülşehir Prokurorluqlarının rəhbərliyi altında aparılan istintaq çərçivəsində, Rayon Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları üç aylıq araşdırmaların ardından əməliyyat təşkil edib.

Şübhəlilərin narkotik maddələrin ödənişini kripto valyutalar vasitəsilə qəbul etdikləri aşkar edilib. Əməliyyat nəticəsində şübhəli şəxslərin istintaq üçün saxlanıldığı bildirilib.

Kənan YUSİF