Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi baş TUTDU

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub. Tərəflər sərbəst buraxılan hərbçilərin sayı barədə məlumat verməyib.
Redaktor.az xəbər verir ki, iyun ayının əvvəlində İstanbulda keçirilən sülh danışıqları zamanı əldə olunan razılaşmaya əsasən həyata keçirilən bu mübadilə ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
O, sosial media hesabında deyib: “Xalqımız Rusiya əsirliyindən evlərinə qayıdır. Bu mübadiləni mümkün edən hər kəsə təşəkkür edirəm".
Rusiya Müdafiə Nazirliyi də mübadiləni təsdiqləsə də, hərbçilərin sayı ilə bağlı hər iki tərəf tərəfindən məlumat paylaşılmayıb.
Kənan YUSİF