Zelenski Quru Qoşunlarına yeni komandan təyin ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski iyunun əvvəlində vəzifəsindən azad edilən Mixil Drapatıyın yerinə Gennadi Şapovalovu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yeni komandanı təyin edilib.
Redaktor.az xəbər verir ki, bu haqda Zelenskinin 19 iyun tarixli fərmanında qeyd olunub.
"Şapovalov Gennadi Nikolaeviç Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı təyin edilsin", - sənəddə deyilir.
Qeyd edək ki, iyunun 1-də ruslar Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi yerə raket zərbəsi endiriblər. Həmin zərbə nəticəsində 12 nəfər ölüb, 60-dan çox hərbçi yaralanıb.
Elə həmin gün Drapatıy vəzifəsinin öhdəsindən gələ bilmədiyini və insanların ölümünə səbəb olduğunu əsas gətirərək istefa verib.