Bu cür ssenari fəlakətli nəticələrə səbəb ola bilər - Peskov

 09:35 20.06.2025     72

ABŞ-nin İrandakı hədəflərə qarşı taktiki nüvə silahından istifadə etməsi ilə bağlı yayılan xəbərlər spekulyasiyadır.

Redaktor.az xəbər verir ki, barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, bu cür ssenari fəlakətli nəticələrə səbəb ola bilər.

"Hazırda çoxlu fərziyyələr var, ona görə də bütün bunları şərh etmək mümkün deyil”, – deyə Kremlin sözçüsü qeyd edib.

Aytəkin TOFİQQIZI