"Rusiya və Belarus təlimlərindən narahat olmağa əsas yoxdur"

Litva Prezidenti Gitanas Nauseda vətəndaşları Rusiya və Belarus arasında payızda keçiriləcək “Zapad-2025” hərbi təlimlərindən narahat olmamağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Delfi" nəşri öz teleqram kanalında paylaşım edib.
Onun sözlərinə görə, təlimlər gözlənilməz bir şey deyil və qoşunların sayı baxımından əhəmiyyətsiz olacaq. “Bu təlimlər Qərblə mümkün, potensial münaqişəyə yönəlib, alqoritm bu ssenariyə əsaslanır”, – Litva prezidenti bildirib.
Nauseda qeyd edib ki, Ukraynadakı münaqişə ilə bağlı “Zapad” hərbi təlimlərinin miqyası 2021-ci ildəkindən bir neçə dəfə kiçik olacaq.
Aytəkin TOFİQQIZI