İsrailin vurduğu ambulans Tehranda nümayiş etdirilir - VİDEO

 11:02 20.06.2025     121

İsrailin İrana hücumunda hədəf alınan təcili yardım maşını paytaxt Tehranda nümayiş etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, iki tibb işçisinin həyatını itirdiyi Qızıl Ayparaya məxsus təcili yardım maşını Tehranın “Haft-i Tir” meydanında nümayiş olunur.

Vətəndaşlar da tez-tez bu maşının yanına gələrək fotolarını çəkirlər.