NATO Rusiya ilə müharibəyə girməyəcəyini açıq şəkildə nümayiş etdirir

 11:13 20.06.2025     119

NATO ölkələri Ukraynanı qorumaq üçün Rusiya ilə birbaşa hərbi toqquşmaya girməyəcəklərini hərəkətləri ilə açıq şəkildə nümayiş etdiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə Corctaun Universitetinin professoru, politoloq Çarlz Kupçan “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, alyans liderləri Ukraynanı Qərbin gələcəyi və demokratiya uğrunda mübarizənin cəbhə xətti kimi təqdim etsələr də, faktiki addımlar fərqli mənzərə ortaya qoyur. Kupçan qeyd edir ki, NATO Vaşinqtonun rəhbərliyi ilə Ukraynanı birbaşa müdafiə etmək üçüncü dünya müharibəsinə səbəb ola biləcək qədər riskli hesab edir.

“Vaşinqtonun rəhbərliyi altında NATO qərara gəlib ki, Ukraynanı müdafiə etmək üçüncü dünya müharibəsinə dəyməz”, – deyə politoloq yazıb.

O vurğulayıb ki, Ukraynaya böyük maliyyə yardımları göstərilməsinə baxmayaraq, NATO ölkələri nəinki cəbhəyə bir nəfər əsgər göndərməyib, həm də Rusiyanı təhrik etməmək üçün təqdim edilən silahların növü və ölümcüllüyü üzərində ciddi nəzarət saxlayır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən