İsrail İranda nüvə alimini evində dronla öldürdü - YENİLƏNİB

 15:01 20.06.2025     176

İranın paytaxtı Tehranın Gişa bölgəsində yerləşən yaşayış binasına edilən hücum nəticəsində iranlı nüvə alimi ölüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı İsrail mətbuatı məlumat yayıb.

Məsələ ilə bağlı İsrail və İran rəsmiləri tərəfindən rəsmi bəyanat verilməyib.

Qeyd edək ki, iyunun 13-dən bəri bir sıra iranlı nüvə alimləri öldürülüb.

***

13:38

Tehranın Gişa bölgəsində yaşayış binalarından birinə dron hücumu olub.

Redaktor.az İsrailin “Channel 12” kanalına istinadən xəbər verir ki, hücumun hədəfi iranlı nüvə alimlərindən biri olub.

Hadisənin təfərrüatları isə hələlik məlum deyil.