Avropa İttifaqi neftin qiymətini aşağı salmayacaq

 17:11 20.06.2025     152

Aİ Yaxın Şərqdəki xaosa görə neftin qiymətinin tavanını aşağı salmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Politoco" nəşri mənbələrə istinadla məlumat verir.

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki xaos səbəbindən Rusiya neftinin bir barel üçün yuxarı həddini 45 dollara endirmək planından imtina edib.

Brüssel rəsmiləri qeyd ediblər ki, İsrail-İran münaqişəsi nəticəsində xammalın qiymətində artım müşahidə olunur və bu səbəbdən Aİ qiymət həddi ilə bağlı reviziya qərarını geri çəkib. İki Aİ diplomatı təsdiqləyib ki, regionda münaqişənin gərginləşməsi bu planın həyata keçirilməsinə imkan vermir.

“Qiymət həddinin endirilməsi ideyası, yəqin ki, Yaxın Şərqdəki beynəlxalq vəziyyət və qeyri-sabitlik səbəbindən işləməyəcək”, – deyə mənbələrdən biri vurğulayıb.

Aytəkin TOFİQQIZI