Türkiyədə meşə yanğını baş VERDİ

Türkiyənin İzmir şəhərində başlayan meşə yanğınını söndürmək üçün havadan və qurudan müdaxilə işləri həyata keçirilir.
Redaktor.az xəbər verir ki, bu gün yerli vaxtla saat 13:30 radələrində naməlum səbəbdən baş verən yanğın, ərazidən yüksələn tüstü vasitəsilə aşkarlanıb. Məlumat daxil olduqdan sonra İzmir Meşə Region İdarəsinə məxsus 5 təyyarə, 7 helikopter, 28 yanğınsöndürən avtomobil, 10 su təminat maşını və 3 buldozer hadisə yerinə göndərilib.
Yanğının genişlənməsinin qarşısını almaq üçün intensiv müdaxilə tədbirləri davam etdirilir.
Kənan YUSİF