Paşinyan İstanbulda Göy Məscidi ziyarət ETDİ

 19:42 20.06.2025     129

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbuldakı Göy Məscidi (Sultan Əhməd Məscidi) ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“İstanbuldakı Göy Məscidi ziyarət etdim”, - o yazıb.

Qeyd edək ki, bu gün N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Məlumata əsasən, bu gün İstanbulda N.Paşinyanla R.T.Ərdoğan arasında görüş planlaşdırılır.

Այցելեցի Ստամբուլի Կապույտ մզկիթ

Posted by Nikol Pashinyan / Նիկոլ Փաշինյան on Friday, June 20, 2025