İsrail Ordusu Buşehr aviabazasına zərbə ENDİRDİ

 20:18 20.06.2025     125

İsrail Ordusu İrandakı Buşehr aviabazasına zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad Iran” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Buşehrdə həmçinin Atom Elektrik Stansiyası (AES) yerləşir.

“Rosatom”un rəhbəri Aleksey Lixaçev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində "Buşer" AES-də 350-dən çox rusiyalı mütəxəssis və onların təxminən 150 ailə üzvünün qaldığını bildirib.