Putin Üçüncü dünya müharibəsi təhlükəsindən narahatlığını etiraf ETDİ

 20:44 20.06.2025     93

Rusiya Prezidenti Vladimir Putin Üçüncü dünya müharibəsi təhlükəsindən narahat olduğunu etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Münaqişə üçün böyük potensial var. Həm də burnumuzun dibində - Ukraynada və Yaxın Şərqdə baş verənlər. Biz bunun nəyə gətirib çıxara biləcəyindən narahatıq", - o, qeyd edib.

Putin vurğulayıb ki, İrandakı nüvə obyektləri ilə bağlı təhdidlər Rusiyanın sülh yolu ilə həll yollarının axtarışında iştirakını tələb edir.