“Bu münaqişə fəlakətə çevrilə bilər” - Quterreş

 20:59 20.06.2025     59

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin İrana qarşı hücumları ilə başlayan münaqişənin genişlənməsi ilə bağlı ciddi xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq Sülhə və Təhlükəsizliyə Təhdidlər” mövzusunda keçirilən iclasda çıxış edən Quterreş bildirib ki, münaqişənin gərginləşməsi və sürətlə böyüməsi bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər 

“Biz böhranlara doğru sürüklənmirik, ona doğru qaçırıq,” – deyə Quterreş vurğulayıb.

O qeyd edib ki, bu qarşıdurmanın daha da genişlənməsi nəzarətdən çıxaraq “qəbuledilməz fəlakət”ə çevrilə bilər.

Baş katib, tərəfləri münaqişəni dayandırmağa və sülh imkanlarını nəzərdən keçirməyə çağırıb.

Kənan YUSİF