Öz məzarını qazdıran şəxs 1 gün sonra vəfat ETDİ

 21:49 20.06.2025     126

İstanbuldan Bingölə qohumlarını ziyarətə gələn 69 yaşlı Muzaffər Dikən özü və həyat yoldaşı üçün məzar yeri hazırlatdıqdan bir gün sonra vəfat edib.

Redaktor.az xəbər verir ki, 10 gün əvvəl Bingölün Solhan rayonuna gələn Dikən, valideynlərinin məzarlarının yerləşdiyi ailə qəbiristanlığını ziyarət edərək özü və həyat yoldaşı üçün də məzar yeri ayrılmasını istəyib. O, 17 iyun tarixində valideynlərinin məzarının yanında iki yeni məzar yeri qazdırıb və həmin anları mobil telefonu ilə qeydə alıb.

Bir gün sonra, 18 iyunda Dikən və həyat yoldaşı İstanbula qayıtmağa hazırlaşdığı zaman taksi çağırarkən qəfil ürək tutması keçirib. O, Solhan Dövlət Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Kənan YUSİF