İçərisində plastik parçalar olan şokolad uşağın boğazında QALDI

Türkiyədə bir uşaq Dubay istehsalı şokolad yeyərkən boğulma təhlükəsi ilə üzləşib. Anasının vaxtında müdaxiləsi uşağın həyatını xilas edib.
Redaktor.az xəbər verir ki, hadisə zamanı uşaq şokolad yeyərkən nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Anası tez bir zamanda onun boğazındakı şokoladı çıxararaq nəfəs almasını təmin edib. Daha sonra şokoladın içini yoxlayan ana, onun plastik parçalarla dolu oıduğunu aşkar edib.
Məsələ ilə bağlı müvafiq orqanlara şikayət edilib.
Kənan YUSİF