Türkiyədə avtomobillə motosiklet toqquşdu - ölən və yaralananlar var

 22:01 20.06.2025     109

Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda avtomobil və iki motosikletin toqquşması nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə Karasu-Akçakoca yolunun Küçükkarasu məntəqəsində baş verib. İddialara görə, xarici vətəndaş A.A.S.-ın idarə etdiyi avtomobil stop işıqları yanmadığı üçün, yarışdığı iddia olunan motosiklet qrupuna aid S.G. və B.G.-nin idarə etdiyi motosikletlərlə toqquşub.

Toqquşmanın təsiri ilə avtomobil yol kənarına aşıb. B.G.-nin motosikletində yanğın başlayıb, S.G.-nin motosikleti isə iki hissəyə ayrılıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım, yanğınsöndürən və jandarma qrupları xəsarət alan A.A.S., M.A.S. və B.G.-ni Karasu və Kocaali Dövlət Xəstəxanalarına çatdırıblar. Lakin S.G.-nin həyatını itirdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb, lakin motosikletlər yararsız hala düşüb. Araşdırma davam edir.

Kənan YUSİF