"İsrailin hücumları davam edərkən İranın danışıqlar aparmaq niyyəti yoxdur" - Nazir

İran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazırdır və həmçinin yaxın vaxtlarda Aİ3 formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Cenevrədəki danışıqların yekunlarına görə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi deyib.
“Biz Aİ3 və Avropa İttifaqının digər ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq və həmçinin yaxın gələcəkdə başqa bir görüş keçirməyə hazırıq”, - İranın dövlət xəbər agentliyi İRNA onun sözlərindən sitat gətirir.
Eyni zamanda, Araqçi vurğulayıb ki, İran öz qanuni özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək və İsrailin hücumları davam etdiyi müddətdə “tərəflərdən heç biri ilə” danışıqlar aparmayacaq.
O, həmçinin bildirib ki, İran özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
Turan İSMAYIL