Rusiya-Ukrayna münaqişəsi yalnız razılaşmalar yolu ilə həll oluna bilər - Dövlət Departamenti

 23:59 20.06.2025     71

ABŞ-də Rusiya və Ukrayna arasında münaqişə ilə bağlı qərarları yalnız prezident Donald Tramp verəcək, Vaşinqton isə hesab edir ki, münaqişə yalnız razılaşmalar yolu ilə həll oluna bilər.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.

“Yalnız prezident Tramp Rusiya və Ukrayna arasındakı münaqişəsinin necə davam edəcəyinə qərar verə bilər”, - Dövlət Departamentinin sözçüsü bildirib.

Onun sözlərinə görə, ABŞ Moskva ilə Kiyev arasında danışıqları diqqətlə izləyir və prosesin özündən getmir: “Bu münaqişənin sona çatmasının yeganə yolu iki tərəfin görüşüb hansısa razılaşmaya gəlməsidir”.

ABŞ prezidentinin niyə davam edən hərbi əməliyyatlara baxmayaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsi ilə bağlı suala Bryus belə cavab verib: “Donald Tramp yəqin ki, vəziyyətin mahiyyəti haqqında sizdən və məndən bir az daha çox bilir”.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, istənilən danışıqlar prosesi çox çətindir və onun gedişi ilə bağlı bütün məlumatlar mətbuata açıqlanmır.