Məşhəd və Təbriz İsrailin hücumuna məruz QALDI

 00:17 21.06.2025     137

İranın Məşhəd və Təbriz şəhərlərində hava hücumundan müdafiə sistemləri işə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İran hərbçiləri İsrailin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə çalışır.

Artıq bir neçə pilotsuz təyyarənin məhv edildiyi iddia edilir.