Tramp İranla münaqişəni diplomatiya yolu ilə həll etməyə çalışacaq - ABŞ-nin vitse-prezidenti

ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni diplomatiya yolu ilə həll etməyə çalışacaq, lakin danışıqlar dalana dirənərsə, o, İranın nüvə silahı probleminin həllində qətiyyət nümayiş etdirməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Fox News telekanalına müsahibəsində deyib.
“Prezident Tramp dəfələrlə bildirib ki, İranla münaqişənin həllində mümkün olduğu qədər diplomatik üsullara sadiq qalacaq. Və diplomatiyanın tamamilə tükəndiyini və əlavə danışıqların bizə heç nə vermədiyinə qərar verən kimi, İranın nüvə proqramını dayandırmaq üçün lazım olan hər şeyi edəcək”, - vitse-prezident vurğulayıb.
Vens ABŞ-nin Tehrana qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı ilə bağlı yekun qərarı Trampın verəcəyinə diqqət çəkib, lakin “qərar vermək üçün son tarix var”.
Eyni zamanda, onun sözlərinə görə, Ağ Ev rəhbəri danışıqlara “bir az daha çox vaxt” ayırmaq və diplomatiyanın münaqişəni həll edə biləcəyini görmək istəyir.
Aytəkin TOFİQQIZI