İsrailin hücumu nəticəsində “Sepah”ın 10 üzvü həlak oldu, 9-u yaralandı - YENİLƏNİB

 22:21 21.06.2025     346

İsrailin İranın qərbindəki Kirmanşah əyalətindəki hədəflərə endirdiyi zərbələr nəticəsində beş hərbçi ölüb, doqquzu yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İraqla sərhəddə yerləşən Qəsri-Şirin rayonundakı hədəflər bombalanıb.

***

İsrail ordusunun səhər saatlarında hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü öldürülüb.

Redaktor.az yerli mediaya istinadən xəbərinə görə, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, bu səhər İsrailin hücumları nəticəsində Lorestan vilayətinin Xürrəmabad şəhərində 5 SEPAH üzvü öldürülüb.