Rusiya hava limanlarında miqrantlara biometrik nəzarət tətbiq etmək istəyir

 12:39 21.06.2025     97

Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov Rusiya Daxili İşlər Nazirliyinə Rusiya hava limanlarında miqrantlara biometrik nəzarət praktikasını genişləndirməyi təklif edib.

Redaktor.az bu barədə TASS-a istinadən məlumat verir.

Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini Andrey Kikota göndərdiyi məktubda o, keçmiş Sovet İttifaqı ölkələrindən miqrantların, xüsusən də vizasız rejimdə daha çox gəldiyi regional hava limanlarında barmaq izi aparatlarının quraşdırılmasına çağırıb.

Nilovun sözlərinə görə, bu cür cihazlar artıq Moskva hava limanlarında və Orenburq vilayətindəki nəzarət-buraxılış məntəqəsində pilot layihə çərçivəsində istifadə olunur və onların tətbiqi müsbət nəticə verib. Bununla belə, o, digər regionlarda bu sistemlərin olmadığını qeyd edib və layihənin Rusiya Federasiyasının digər regionlarına da genişləndirilməsinin vaxtı ilə bağlı dəqiqliyin olmadığını vurğulayıb.

O qeyd edib ki, təşəbbüsün məqsədi ölkəyə gələn miqrantlara, xüsusən də Rusiyada işləmək niyyətində olanlara nəzarətin effektivliyini artırmaqdır.

Xədicə BAXIŞLI