İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi ÖLDÜRÜLÜB

İsrailin hücumu nəticəsində İranda daha bir nüvə alimi Seyid Esar Tabatabai Komşeh həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, o, həyat yoldaşı ilə birlikdə öz evində həlak olub.
Daha əvvəl “Reuters” agentliyi İsrail Müdafiə Qüvvələrinin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 14 nüvə aliminin həlak olduğunu bildirmişdi.