Medvedev İsraillə İranı nüvə proqramlarından əl çəkməyə ÇAĞIRDI

 19:35 21.06.2025     75

Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev bəyan edib ki, İsrail və İran nüvə proqramlarından birlikdə imtina etməlidirlər.

Redaktor.az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.

Siyasətçinin sözlərinə görə, İranın nüvə silahına malik olub-olmadığına dair dəqiq məlumat yoxdur, lakin İsrailin gizli nüvə proqramı mövcuddur.

"Belədirsə, qoy həm İran, həm də İsrail bu proqramlardan BMT Təhlükəsizlik Şurası və MAQATE-nin nəzarəti altında birlikdə imtina etsinlər. Niyə Təl-Əvivə icazə verilir, amma Tehrana yox?" - Medvedev deyib. 

Təhlükəsizlik Şurasının sədr müavini xatırladıb ki, keçmişdə bu cür yanaşma "sıfır variant" adlanırdı. O əlavə edib ki, Tehran nüvə proqramını öz təhlükəsizliyinin təminatı kimi görür və onu davam etdirmək niyyətindədir. Əgər İsrail, ABŞ-ın mümkün dəstəyi ilə bu proqramı tamamilə məhv etməyə çalışsa, İranda nüvə silahı varsa, onu tətbiq etməyə məcbur qalacağından heç bir şübhə yoxdur, — deyə o, fikrini yekunlaşdırıb.

Xədicə BAXIŞLI