İran müdafiə potensialı ilə bağlı danışıqlar aparmağa hazır deyil - “Reuters”

Tehran öz müdafiə potensialı ilə bağlı danışıqlar aparmağa hazır deyil.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi bildirib.
"İran öz müdafiə potensialı, o cümlədən raket proqramı ilə bağlı danışıqlar aparmayacaq. Sıfır uran zənginləşdirilməsi praktiki olaraq dalana dirənmiş vəziyyətdir", - materialda qeyd olunub.
Mənbə bildirib ki, Cenevrədə keçirilən danışıqlarda "Avroüçlüyün" (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirlərinin və Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallasın Tehranın nüvə proqramı ilə bağlı təkliflərinin qeyri-real olmasına baxmayaraq, İran gələn həftə onlara rəsmi cavab verəcək.
O vurğulayıb ki, əgər avropalılar öz təkliflərində israr etməyə davam etsələr, bu, tərəfləri razılaşmanın əldə olunmasına yaxınlaşdırmayacaq.
"İstənilən halda, İran təklifləri Tehranda nəzərdən keçirəcək və növbəti görüşdə öz cavablarını təqdim edəcək", - agentlik onun sözlərini sitat gətirib.