Türkiyədə tunel tikintisi zamanı evlərə zərər DƏYDİ

Türkiyənin İzmir şəhərində davam edən "Buca Onat Tuneli" tikintisi səbəbindən Atamer Məhəlləsindəki sakinlər evlərində yaranan ziyanlara görə dəstək istəyirlər.
Redaktor.az xəbər verir ki, 2018-ci ildə Ufuk və Bornova rayonları arasında inşaasına başlanan və 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan tunel tikintisi zamanı bəzi evlərin divarlarında çatlar yaranıb və bəzi divarlar dağılıb.
Son hadisə isə Ersen və Fahriyə Kılıç cütlüyünün evində baş verib. Tikinti işləri zamanı onların evinin bir divarı uçub. Sakinlər, yaranan problemlərin həlli və kompensasiya üçün müvafiq tədbirlər görülməsini tələb edirlər.
Kənan YUSİF