Ankarada zavodsa qaz sızıntısı baş verdi - 2 nəfər öldü

 21:50 21.06.2025     94

Ankaranın Polatlı rayonundakı Polatlı Sənaye Zonasında yerləşən lityum zavodunda boru təmiri zamanı baş verən qaz sızıntısı iki işçinin həyatına son qoyub, üç nəfər isə yaralanıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, sızıntı boruların baxımı zamanı baş verib və beş işçi qazdan təsirlənib. Hadisə yerinə jandarma, UMKE, AFAD və təcili tibbi yardım qrupları göndərilib.

Polatlı Dövlət Xəstəxanasına aparılan yaralılardan Abdulkadir Kaya və Berat Yıldız həyatını itirib. Digər üç yaralının müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Kənan YUSİF