Polis gecikən şagirdləri imtahana çatdırdı

 21:54 21.06.2025     111

Türkiyədə Yüksək Təhsil Qurumları İmtahanının (YKS) birinci mərhələsinə gecikən tələbələrə polis əməkdaşları kömək edib.

Redaktor.az xəbər verir ki, Cumhuriyyət Universiteti Mühəndislik Fakültəsində imtahan verməli olan Məhəmməd Mustafa Denktaş, fakültə qarşısına gəldikdə şəxsiyyət vəsiqəsini unutduğunu fərq edib.

Motosikletli polis qrupunun sürətli müdaxiləsi sayəsində tələbə vaxtında şəxsiyyət vəsiqəsini alaraq imtahan zalına çatdırılıb.

Kənan YUSİF