İstanbulda metrobusu qəzası nəticəsində 2 nəfər YARALANDI

 22:10 21.06.2025     59

İstanbulun Haliç Körpüsü üzərində metrobus qəzası baş verib. İstismardan çıxarılmış metrobusu  Beylikdüzü istiqamətinə aparan vinç sürücüsünün idarəetməni itirməsi nəticəsində, hər iki nəqliyyat vasitəsi metrobüs yolundakı baryerlərə çırpılıb.

Redaktor.az xəbər verir ki, Hadisə yerinə təcili yardım, yanğınsöndürmə və polis qrupları cəlb edilib. Qəza nəticəsində vinç və metrobüs sürücüləri yaralanıb. Yaralılar hadisə yerində ilk tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF