Türkiyəli məşhur jurnalist saxlanıldı

 23:14 21.06.2025     136

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, F.Altaylı özünün “YouTube” kanalında bu il iyunun 20-də Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib. Bununla bağlı olaraq jurnalist haqqında istintaq başladılıb və o, saxlanılıb.