"ABŞ bazalarına hücum etmək İsrail ərazisini vurmaqdan daha asandır" - İrandan XƏBƏRDARLIQ

 23:33 21.06.2025     145

"İran silahlı qüvvələrinin Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumu İsraildəki hədəfləri vurmaqdan daha asan olardı".

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.

Vaşinqtonun münaqişəyə mümkün müdaxiləsindən danışan telekanalın adını açıqlamayan mənbəsi “Regiondakı Amerika bazalarına hücum etmək İsrail ərazisini vurmaqdan daha asandır” deyib.

"Biz ABŞ-ni ciddi şəkildə xəbərdar edirik ki, münaqişəyə müdaxilə onun Yaxın Şərqdəki maraqlarını təhlükə altına salacaq", - İran rəsmisi qeyd edib. O vurğulayıb ki, ABŞ-nin münaqişədə iştirakı onu regional səviyyəyə daşıyacaq.

Turan İSMAYIL