Bu ölkədə 6,1 bal gücündə zəlzələ OLDU

 02:28 22.06.2025     170

Yaponiyanın Hokkaydo adası sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Kuşiro şəhərindən 173 km şərqdə yerləşib. 

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən