İran danışıqlara hazır olduğunu bildirib, lakin ABŞ qəbuledilməz hesab edib - KİV

 02:32 22.06.2025     80

İran İsraillə atəşkəs şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib, lakin ABŞ onun cavabını danışıqların başlanması üçün qəbuledilməz hesab edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" iki İsrail hərbi rəsmisinə istinadən yazır.

Mənbələrə görə, Vaşinqton Tehrana atəşkəs razılaşması üçün bir neçə mümkün çərçivə təklif edib. Lakin Amerika tərəfi İranın cavabını kifayət qədər konstruktiv olmayan kimi qiymətləndirib. Hansı formatların təklif edildiyi və ABŞ-nin etirazlarının nədən ibarət olduğu açıqlanmayıb.

Bundan əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran danışıqlara hazırdır, lakin bunun üçün yəhudi dövləti təcavüzünə son qoymalıdır.

Turan İSMAYIL