ABŞ-nin zərbələrindən sonra radiasiya sızması aşkar edilməyib - KİV

ABŞ-ın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma qeydə alınmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının açıqlamasında bildirilir.
"Biz hücuma məruz qalan obyektlərin ərazisində mümkün radioaktiv sızma ilə bağlı dərhal lazımi yoxlamalar apardıq. Əhali üçün heç bir təhlükə yoxdur", - açıqlamada deyilir.