İran İsrailə hücumlarda ilk dəfə ortamənzilli ballistik raketdən istifadə ETDİ

 11:58 22.06.2025     150

İran İsrailə qarşı hücumlarda ilk dəfə ortamənzilli “Xeybər Şekan” (“Kheibar Shekan”) adlı üçüncü nəsil ballistik raketdən istifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Qeyd edək ki, 1 450 km mənzilli raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir və müəyyən olunmuş hədəfi yüksək dəqiqliklə vurur.