İran ABŞ bazalarını vuracaqmı? - Nazir sualdan yayındı

 14:59 22.06.2025     161

"Diplomatik danışıqlar davam etdiyi bir müddətdə diplomatiyaya xəyanət edən ABŞ-dir. ABŞ diplomatiyanı havaya uçurdu".

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbulda keçirdiyi brifinqdə deyib.

O bildirib ki, İranın özünü ABŞ-nin hücumundan qorumaq hüququ var: “Nüvə obyektlərinə hücum təkcə İrana olan hücum deyil, beynəlxalq hüquqa olan hücumdur".

Nazir vurğulayıb ki, İran təhlükəsizliyini və xalqını qorumaq üçün hər cür tədbir görəcək.

Əraqçi jurnalistin "İran ABŞ-nin hücumlarına cavab olaraq Amerika bazalarını vuracaqmı" sualına cavabından yayınıb.

İranın XİN başçısı Moskvaya səfər edəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə mövcud vəaiyyətlə bağlı danışıqlar aparacağını da bildirib.

Əraqçi ABŞ-nin ötən gecə İrandakı nüvə obyektlərini bombalamasının hansı nəticələrə gətirib çıxarması barədə tam məlumatı olmadığını da qeyd edib. Hazırda İstanbulda olan nazir Tehranla əlaqə saxladığını bildirərək hazırda hücum nəticəsində vurulan zərərin hesablandığını qeyd edib.

Qeyd edək ki, A.Əraqçinin keçirdiyi brifinq Türkiyə televiziya kanalları vasitəsilə canlı yayımlanıb.

Turan İSMAYIL