İranda siyasi rejim devrilməyəcək - Medvedev

İranda “üç nöqtəyə” gecə zərbəsi endirməklə ABŞ “quru əməliyyatı perspektivi ilə yeni bir münaqişəyə” cəlb edilməsinə nail oldu və “sülhməramlı prezident kimi” gələn Donald Tramp yeni müharibəyə başladı.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Dmitri Medvedev qeyd edib ki, İranda siyasi rejim devrilməyəcək: "Nüvə dövrünün kritik infrastrukturu, görünür, zədələnməyib və ya cüzi zədələnib. Nüvə materiallarının zənginləşdirilməsi və indi birbaşa deyə bilərik ki, nüvə silahının gələcək istehsalı da davam edəcək. Bir sıra ölkələr İranı öz nüvə silahları ilə birbaşa təmin etməyə hazırdır. İranda siyasi rejim qorunub saxlanacaq və böyük ehtimalla güclənəcək, xalq dini rəhbərliyin ətrafında möhkəmlənəcək”.
RF Təhlükəsizlik Şurasının sədr müavini dünya ölkələrinin mütləq əksəriyyətinin İsrail və ABŞ-ın hərəkətlərinə qarşı olduğunu söyləyib: “İsrail hücum altındadır, partlayışlar baş verir, insanlar təşviş içindədir”.
Onun sözlərinə görə, belə başlanğıcla Tramp Nobel Sülh mükafatını görməyəcək:
"Belə uğurları ilə Tramp Nobel Sülh Mükafatını görməyəcək. Yaxşı başlanğıcdır, təbrik edirəm, cənab prezident".