Suriyada terror aktı baş verdi, 20 nəfər öldü - YENİLƏNİB

 21:08 22.06.2025     130

Suriyanın paytaxtı Dəməşq şəhərinin Duveyla bölgəsindəki yunan pravoslav kilsəsində terror aktı baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

Söhbət Mar Elias kilsəsindən gedir. Şahidlərin dediyinə görə, iki nəfər ibadət edən şəxslərə atəş açmağa başlayıb, bundan sonra onlardan biri özünü partladıb. Qeyd olunub ki, hadisə nəticəsində 20 nəfər ölüb.

Suriya Daxili İşlər Nazirliyi isə bildirib ki, İŞİD-in üzvü olan terrorçu-kamikadze kilsədə özünü partladıb.

***

Suriyanın paytaxtı Dəməşq şəhərində kilsədə partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Hadisə nəticəsində, 15 nəfər ölüb, 25-i isə yaralanıb.

Hücumun təfərrüatları məlum deyil.

Hadisəni İŞİD terror qruplaşmasının törətməsi də mümkün ehtimallar arasındadır.