NATO-da hərbi xərclərin artırılması 2035-ci ilə qədər təxirə SALINDI

 21:16 22.06.2025     85

NATO-ya üzv bütün ölkələr müdafiə xərclərinin artırılmasına dair yekun bəyannaməni imzalamağa razılaşıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Sənəddə müdafiə xərcləri üzrə hədəfin ÜDM-in 2%-dən 5%-ə qədər artırılması nəzərdə tutulur.

Lakin bu artım yalnız 2035-ci ilə qədər həyata keçiriləcək.

Agentliyin məlumatına görə, alyans diplomatları hərbi xərclərin artırılmasına sonadək qarşı çıxan İspaniyanın etirazlarını da aradan qaldıra biliblər.