ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq ETDİ

 21:33 22.06.2025     224

ABŞ Dövlət Departamenti Türkiyədəki vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bəyanatda Türkiyədə çalışan ABŞ hökuməti işçilərindən Türkiyənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Konsulluğu bölgəsinə şəxsi səfərlərdən çəkinmələri xahiş olunur.

Xəbərdarlığa görə, ABŞ-nin xarici siyasətinə mənfi baxışların artması ABŞ və Qərbin maraqlarına qarşı etirazlara səbəb ola bilər.

ABŞ öz vətəndaşlarını diqqətli olmağa və yerli təhlükəsizlik xəbərdarlığına əməl etməyə çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən