"Yuventus" Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi

 23:49 22.06.2025     84

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”la qarşılaşıb.

Türkiyə millisinin üzvü Kenan Yıldızın ulduzlaşdığı oyunda Turin təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Bununla da "Qoca sinyora" Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəlib.