"Mərhələli şəkildə hədəflərimizə doğru irəliləyirik"

 01:21 23.06.2025     52

İsrail İranda qarşısına qoyduğu məqsədlərə çatmağa çox yaxınlaşıb.

Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bəyan edib.

“Bu rejim bizi məhv etmək istəyir. Məhz buna görə biz nüvə təhlükəsini və ballistik raket təhdidini aradan qaldırmaq məqsədilə bu əməliyyata başladıq. Biz mərhələli şəkildə hədəflərimizə doğru irəliləyirik və onların reallaşmasına çox yaxınlaşmışıq,” – o bildirib.