Çindən Rusiyaya şokalad ixracı artıb

 10:10 23.06.2025     87

2025-ci ilin may ayında Çindən Rusiyaya şokolad ixracı aprel ayı ilə müqayisədə 3,2 dəfə artaraq 2,5 milyon dollara çatıb.

Redaktor.az bu barədə Çin Baş Gömrük İdarəsinin (GAC) məlumatlarına istinadla məlumat verir.

Aprel ayında isə bu göstərici kəskin şəkildə azalmış, şokolad tədarükü mart ayı ilə müqayisədə 3,6 dəfə enərək 770,6 min dollar təşkil etmişdi. Lakin mayda baş verən artım sayəsində Rusiya, Çin şokoladının əsas alıcıları arasında ilk beşliyə daxil olub. Hazırda Çin şokolad ixracının 7,2 faizi Rusiya Federasiyasının payına düşür.

İlk dörd yeri isə Malayziya (9 faiz), Honq-Konq və Yaponiya (hər ikisi 8,3 faiz), eləcə də İndoneziya (8,1 faiz) tutur.

Aytəkin TOFİQQIZI