İsrail Tehranın mərkəzində hökumət obyektlərinə zərbələr ENDİRİR

İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.
Redaktor.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.
"İsrail Müdafiə Qüvvələri (IDF) İran hakimiyyəti ilə əlaqəli hədəflərə və Tehranın mərkəzində yerləşən hökumət obyektlərinə misli görünməmiş güclü silsilə zərbələr endirməyə başlayıb", - o bildirib.
İ.Kats qeyd edib ki, yaxın vaxtlarda ziyanın dərinliyini əks etdirən fotoşəkillər dərc ediləcək.
Nazir əlavə edib ki, İran İsrailin arxa cəbhəsinə atılan hər bir raketə görə sərt şəkildə cəzalandırılacaq.
"Biz cəbhə arxasını qorumaq və düşmən üzərində qələbə qazanmaq üçün tam intensivliklə fəaliyyət göstərməyə davam edəcəyik", - nazir vurğulayıb.